Maraqlı
13 ildir hava limanında qalan təyyarənin QƏRİBƏ TALEYİ
Xpress.az Redaksiyası
10.12.2025 15:33
Kəlkütə hava limanında 13 ildir park edilmiş Air India aviaşirkətinə məxsus Boeing 737-200 sərnişin təyyarəsi nəhayət hava limanından çıxarılıb.
Məlumata görə, 2012-ci ildə Kəlkütə hava limanında park edilən Boeing 737-200 bir agentlik vasitəsilə hava limanından götürülüb və bundan sonra yerüstü təlimlər üçün istifadə olunacaq.
Bildirilib ki, Air India son 13 ildə təyyarənin saxlanmasına görə 120 min dollardan çox parkinq haqqı ödəyib.