Cəmiyyət
DGK-nın Bakı Rəsmiləşdirmə Mərkəzi üçün yenidən 1.2 milyonluq tender elan olundu
Xpress.az Redaksiyası
10.12.2025 17:29
DGK Bakı Rəsmiləşdirmə Mərkəzinin tikintisi üçün yenidən 1.2 milyonluq tender elan edib
Dövlət Gömrük Komitəsinin (DGK) "Azeərterminalkompleks" Birliyi Bakı Rəsmiləşdirmə Mərkəzinin tikintisi məqsədilə layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satınalınması üçün tender elan edib.
Xpress.az xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 1.222.189,30 AZN-dir.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsi daha öncə də - bu ilin may ayında sözügedən Mərkəzin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətini 1.2 milyon manata satışa çıxarmışdı.