Xüsusilə Türkan qəsəbəsində vəziyyət acınacaqlıdır. Qısa müddətdə yağan yağış qəsəbəni sözün əsl mənasında su altında qoyub. Hətta qəfil yaranan gölməçələrdən birində azyaşlı uşaq yıxılaraq xəsarət alıb və xəstəxanaya aparılıb.
Sakinlər vəziyyətin hər il təkrarlanmasından narazıdır. Onların sözlərinə görə, yağış yağan kimi qəsəbə keçilməz olur, yollar suya qərq edilir, evlərə dolan sular isə ciddi fəsadlar yaradır.
Musavat.com Türkan qəsəbəsindəki bu utancverici mənzərənin görüntülərini təqdim edir.