Niyə qocalığı tək keçirmək daha yaxşıdır?
Yalnızlıq haqqında müzakirələr bu günlərdə az qala dəbə çevrilib. İnsanlar özlərini daha yaxşı tanımaq, şəxsi sərhədlərini müəyyənləşdirmək, gündəlik həyatın səs-küyündən uzaqlaşmaq üçün kurslara, psixoloji təlimlərə üz tuturlar.
Lakin bütün bu səylər mahiyyət etibarilə bir mühüm bacarığa əsaslanır — öz-özü ilə qala bilmək. Bu bacarıq isə Faina Ranevskayanın həyatının ayrılmaz hissəsi idi. O, heç vaxt başqasının diktəsi ilə yaşamağa razı olmayan, öz yolunu seçməkdən çəkinməyən bir qadın idi.
Müasir dünyanın sürəti insana dayanıb düşünmək imkanı vermir: yaşadığım mühit doğrudurmu? Münasibətim sağlamdırmı? Həyatım məni hara aparır? Yalnızlıq çox vaxt boşluq kimi qiymətləndirilir, əslində isə o, insana ən qiymətli şeyi verir — düşünmək üçün vaxtı.
Ranevskaya bunu çox erkən dərk etmişdi: insan öz içində rahat deyilsə, başqasının yanında da rahat olmayacaq. Bu diskomfort təkcə ona deyil, ətrafdakılara da təsir göstərir.
O deyirdi ki, “yarım” dərmanlarda olur, insanlar isə bütövdür”. Bu ifadə stereotipləri alt-üst etsə də, onun həyat fəlsəfəsini mükəmməl əks etdirir. Başqasından asılılıq, kiməsə yapışmaq insanı xoşbəxt etmir — yalnız zəiflədir.
Ranevskaya üçün tək qalmaq kapriz deyildi. Bu, onun seçimi idi. O, ailənin, cəmiyyətin, həmkarların gözləntilərinə uyğun yaşamağı rədd edirdi.
Heç kimə arxalanmadan yaşamaq ona çoxlarına qorxulu görünən, amma əslində güc verən bir sərbəstlik bəxş edirdi. Çünki o bilirdi: özünü itirmək münasibəti itirməkdən qat-qat ağırdır.
Niyə insanlar uğursuz münasibətlərdən sonra tənhalığa qayıdırlar?
Ağrılı ayrılıqlar insanı dəyişdirir. Bir çoxları bu prosesdən sonra sanki yenidən doğulur:
öz ehtiyaclarını daha yaxşı anlayır,
sərhədlərini müəyyənləşdirir,
daha az kompromisə getməyə hazır olur.
Təəccüblüdür, amma bir çoxları münasibət bitdikdən sonra etiraf edir ki, tək olduqları dövrdə daha xoşbəxt olub.
Hətta onilliklər birlikdə yaşayan cütlüklərin belə “daha əvvəl ayrılmalı idik” dediyi hallar az deyil. Bəzən insanı xoşbəxt edən birlik yox, tənhalıq olur.
Xpress.az