Dünya
Tramp bu ölkənin prezidentini təhdid etdi: Hədəfdə sənsən!
Xpress.az Redaksiyası
11.12.2025 08:53
Narkotik qaçaqmalçılığına qarşı mübarizədə müvafiq tədbirlər görməzsə, Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-ın növbəti hədəfi olacaq.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Onun haqqında düşünmürəm. Kolumbiya xeyli narkotik istehsal edir, orada fabriklər var, kokain istehsalı ilə məşğuldur. Bunu da ABŞ-a satırlar. Ona görə də düşünsə, yaxşıdır, əks halda növbəti hədəf o olacaq”, - deyə Tramp bildirib.