Cəmiyyət
Aşağı Muğan kanalı yenidən qurulacaq - 134 milyon manat ayrılır
Xpress.az Redaksiyası
11.12.2025 13:04
Aşağı Muğan kanalının yenidən qurulması (I mərhələ) ilə bağlı işlərə başlanılır.
Xpress.az-ın məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi bununla bağlı müvafiq işlərə start verib.
Qurum artıq kanalın yenidənqurulması üzrə işləri icra edəcək şirkəti də müəyyənləşdirib. Belə ki, işləri "Eoriline" QSC icra edəcək.
Kanalın yenidən qurulmasının 133.943.758,80 AZN-ə başa gələcəyi porqnozlaşdırılıb.
Qeyd edək ki, Aşağı Muğan kanalı Saatlı və Sabirabad rayonları ərazisində yerləşir, uzunluğu 65,7 kilometrdir. Kanalın qidalanma mənbəyi Araz çayıdır.