Generalın vəzifədə olan oğlu ilə yanaşı, bir neçə nəfər də saxlanıldı
Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi və daha bir neçə nəfər qaçaqmalçılıq və digər ittihamlarla saxlanılıb.
Ümumilikdə altı nəfər bir sıra cinayətlərdə, o cümlədən, qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Onlardan Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və digər bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov həbs edilib.
Qaynarinfo xəbər verir ki, Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən başlanılmış cinayət işi çərcivəsində saxlanılıb.
Faktı Baş Prokurorluğun mətbuat xidmətindən təsdiqləyiblər və bildirilib ki, cinayət işi ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fərid Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin sabiq müavini general-leytenant Cəbrayıl Usubovun oğludur.