Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Deputat Məzahir Əfəndiyev qlobal iqlim mövzusunda...
Deputat Məzahir Əfəndiyev qlobal iqlim mövzusunda çıxış edib
Cəmiyyət

Deputat Məzahir Əfəndiyev qlobal iqlim mövzusunda çıxış edib

Xpress.az Redaksiyası 11.12.2025 18:51

Milli Məclisin deputatı Məzahir Əfəndiyev metan emissiyalarının azaldılmasına həsr olunmuş beynəlxalq vebinarda iştirak edib.

Planetin sürətlə istiləşməsi fonunda metan emissiyalarının azaldılması qlobal miqyasda ən təcili ekoloji prioritetlərdən biri kimi qiymətləndirilir. “Metan emissiyalarının azaldılması daha sağlam və dayanıqlı gələcək qura bilərmi?” mövzusunda keçirilən beynəlxalq vebinar məhz bu istiqamətdə səmərəli həllərin müzakirəsinə həsr olunub.

Tədbir Parlamentlərarası İttifaq (IPU), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) birgə təşkilatçılığı ilə baş tutub. Vebinarın məqsədi parlamentlər, hökumətlər, vətəndaş cəmiyyəti və ekspertlər arasında metan emissiyalarının təsirləri və onların azaldılması istiqamətində səmərəli milli strategiyalar barədə əməkdaşlıq dialoqu yaratmaq olub.

Azərbaycan Respublikasının Milli Məclisini tədbirdə iştirak edərək deputat Məzahir Əfəndiyev təmsil edib.

Vebinarda çıxış edən BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının ekspertləri Dario Licuti, Emelin Plukton, Sonq Min Nam, eyni zamanda Parlamentlərarası İttifaqın nümayəndəsi Aleksandra Blaqoyeviç metan emissiyalarının azaldılmasının planetin sürətlə soyudulmasına ən güclü təsir göstərən addımlardan biri olduğunu vurğulayıblar. Mütəxəssislər metan emissiyalarının qısa müddətdə iqlim dəyişikliyi təsirlərini azaltmaq üçün kritik əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar kənd təsərrüfatı, enerji və tullantı idarəçiliyi sektorlarında tətbiq olunan uğurlu təcrübələri, həmçinin ölkələr arasında bilik və texnologiya mübadiləsinin vacibliyini diqqətə çatdırıblar.

Tədbir iştirakçıları atmosferə metan buraxılışının azaldılmasının həm iqlim böhranının cilovlanmasına, həm də əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşmasına töhfə verəcəyini bildiriblər. Vebinarın sonunda dövlət qurumları ilə parlamentlər arasında koordinasiyanın gücləndirilməsi və bu sahədə daha konkret milli və regional tədbirlərin həyata keçirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.

Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək