Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Uşaqlı ailələr əlavə ödəniş alacaqlar
Uşaqlı ailələr əlavə ödəniş alacaqlar
Cəmiyyət

Uşaqlı ailələr əlavə ödəniş alacaqlar

Xpress.az Redaksiyası 11.12.2025 21:26

"Biz dövlət sektorunda əməkhaqlarının artırılması, pensiyaların yüksəldilməsi, yoxsulluğun daha da azaldılması və vətəndaşların gəlirlərinin artırılması məsələlərini müzakirə edəcəyik”, –

Xpress.az xəbər verir ki, bunu prezident Vladimir Putin cümə axşamı iqtisadi məsələlərlə bağlı iclasın əvvəlində bildirib.

O, vurğulayıb ki, bu istiqamətlər “demoqrafik inkişafa və ailələrin rifahına birbaşa təsir edən”, “dövlətin ən mühüm prioritetlərindən” biridir. Yəni, bütün ölkə üçün həlledici əhəmiyyət daşıyır.

– Dövlət sektorunda (səhiyyə, təhsil, elm, mədəniyyət və s.) əməkhaqlarının səviyyəsi səmərəliliyin artmasına və nəticə etibarilə milli inkişaf məqsədlərinə nail olunmasına birbaşa təsir göstərir.

– “Təqaüdçülərin gəlirlərinin artırılması istiqamətində sistemli iş aparmaq vacibdir. Pensiyalar inflyasiyadan daha sürətlə artmalıdır”.

– 2025-ci il yanvarın 1-dən yaşa görə sığorta pensiyaları 7,6% indeksləşdiriləcək. Sosial pensiyalar isə aprelin 1-dən yaşayış minimumuna uyğun şəkildə artırılacaq. Hər bir halda dövlət vətəndaşlara tam pensiya təminatı verməlidir.

– “Dövlət sektorunda çalışanların pensiyalarının və maaşlarının artırılması ölkə iqtisadiyyatının vəziyyətindən asılıdır. Buna görə də kölgə iqtisadiyyatı və vergidən yayınma ilə mübarizə xüsusi diqqət tələb edir”.

– “Əməkhaqları və pensiyaların artırılması daxili tələbin genişlənməsinə, yerli istehsalın və xidmət sektorunun inkişafına təkan verir və ümumi iqtisadi artıma müsbət təsir göstərir. Bunlar cəmiyyətdə yoxsulluğun və bərabərsizliyin azaldılması, rus ailələrinin rifahının yaxşılaşdırılması üçün əsas şərtlərdir”.

Putin xatırladıb ki, Rusiyada yoxsulluğun səviyyəsi son illərdə rekord həddə düşüb: 2000-ci ildə 42 milyon nəfər (29%) yaşayış minimumundan aşağı səviyyədə yaşayırdısa, 2024-cü ilin sonuna bu göstərici 10 milyondan bir qədər çox (7,2%) olacaq. “Biz 2030-cu ilə qədər yoxsulluq səviyyəsini 7%-dən aşağı, 2036-cı ilə qədər isə 5%-dən aşağı salmaq hədəfinə doğru irəliləyirik”, – deyə prezident vurğulayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək