Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət "Azturk Holding" və Çin investorları arasında “Neo...
"Azturk Holding" və Çin investorları arasında “NeoOrdo” üzrə əməkdaşlıq başlayır -
Cəmiyyət

"Azturk Holding" və Çin investorları arasında “NeoOrdo” üzrə əməkdaşlıq başlayır - VİDEO - FOTOLAR

Xpress.az Redaksiyası 12.12.2025 11:32

"Azturk Holding" prezidenti Güləli Bağırov Çində Çinli investorlarla görüşlər keçirib və şirkətin strateji “NeoOrdo” layihəsini təqdim edib. 
Təqdimat çərçivəsində tərəflər arasında əməkdaşlığın ilkin mərhələsini təsdiqləyən Anlaşma Memorandumu imzalanıb.

Xpress.az xəbər verir ki, görüş zamanı Güləli Bağırov “NeoOrdo” layihəsinin məqsədləri, infrastruktur potensialı və regiondakı iqtisadi proseslərə verə biləcəyi töhfələr barədə ətraflı məlumat verib. 

O, layihənin Azərbaycanın logistika imkanlarını genişləndirəcəyini, eləcə də Avrasiya ticarət yollarında yeni bağlantılar yaradacağını bildirib.

"Azturk Holding" ilə çinli investorlar arasında imzalanan memorandum, gələcək əməkdaşlıq istiqamətlərini və layihə üzrə həyata keçiriləcək hazırlıq işlərini müəyyən edir. Sənəd tərəflər arasında investisiya imkanlarının araşdırılması və birgə işçi qruplarının yaradılmasını nəzərdə tutur.

“NeoOrdo” layihəsi Azərbaycanı qlobal ticarət şəbəkələrinin mühüm həlqəsinə çevirməyi hədəfləyən genişmiqyaslı infrastruktur təşəbbüsü kimi qiymətləndirilir. Layihənin icrası çərçivəsində yeni logistika mərkəzlərinin və nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması planlaşdırılır.

Görüşdən sonra açıqlama verən Güləli Bağırov bildirib ki, Çin tərəfi layihəyə ciddi maraq göstərib və qarşıdakı mərhələlərdə əməkdaşlığın daha da dərinləşməsi gözlənilir. 

O qeyd edib ki, layihənin reallaşması həm Azərbaycan, həm də region ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq.

"Azturk Holding" nümayəndələri vurğulayıblar ki, əldə olunan ilkin razılaşma “NeoOrdo” layihəsinin həyata keçirilməsi istiqamətində mühüm addımdır və növbəti mərhələlərdə beynəlxalq tərəfdaşlarla daha geniş əməkdaşlıq gözlənilir.


Video aşağıdakı linkdədir:


https://www.instagram.com/duz_tv_/reel/DSIm5snjdrI/

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək