Dani qəbiləsində şok ənənə: Evlilik və boşanma barmaqların kəsilməsi ilə “möhürlənir”
Papua Yeni Qvineyanın ucqar bölgələrində yaşayan Dani qəbiləsinin evlilik və ailə münasibətləri ilə bağlı ənənələri beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Xpress.az xəbər verir ki, qəbilənin ənənəvi qaydalarına görə evlilik, boşanma və matəm mərasimlərində barmaqların qurban verilməsi xüsusi simvolik məna daşıyır.
Məlumata görə, evlənmək istəyən kişi gəlinin cehizi kimi öz sağ əlindən bir barmağını kəsməlidir. Evlilik pozularsa, boşanan kişi bu dəfə sol əlindən iki barmağını kəsməyə məcbur edilir.
Ənənələrə görə, ər həyatını itirdikdə qadın sədaqət və bir daha evlənməyəcəyinə dair andın simvolu kimi bütün barmaqlarını qurban verir. Bu səbəbdən Dani toplumunda evlilik, boşanma və ölüm mərasimləri hər zaman barmaqların kəsilməsi ilə müşayiət olunur.
Qəbilə nümayəndələri bu ritualların “dərin mənəvi bağlılıq və fədakarlıq” ifadə etdiyini bildirsələr də, antropoloqlar və insan haqları müdafiəçiləri bu ənənələrin təhlükəli və zərərli olduğunu vurğulayır.
