Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Kriminal Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarla...
Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlandı
Kriminal

Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlandı

Xpress.az Redaksiyası 13.12.2025 21:07

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, Şarja-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çantalarına gömrük baxışı həyata keçirilib və gömrük orqanına bəyan edilməyən 2 ədəd mobil telefon, 3 ədəd fotoaparat, 10 min 800 ədəd xarici markalı siqaret, 16 ədəd elektron siqaret, 10 ədəd qida əlavəsi, “Dyson” markalı saç feni və digər mallar aşkarlanıb.

Gömrük nəzarəti tədbirləri zamanı sərnişinin özünü şübhəli apardığı müşahidə olunduğundan “Body-Scan” cihazı vasitəsilə yoxlama həyata keçirilib. Nəticədə həmin şəxsin ayaqqabılarından, gödəkçəsinin ciblərindən və ona məxsus mobil telefonun korpusundan xüsusi üsulla gizlədilmiş, ümumilikdə 90 qram qızıl külçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlandıMobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlandıMobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlandıMobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlandı

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək