Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Qış ayları ilə bağlı əhaliyə vacib xəbərdarlıq
Qış ayları ilə bağlı əhaliyə vacib xəbərdarlıq
Cəmiyyət

Qış ayları ilə bağlı əhaliyə vacib xəbərdarlıq

Xpress.az Redaksiyası 14.12.2025 12:33

Tez-tez səslənən fikirlərdən biri də budur ki, "bu qış sərt keçəcək". Maraqlıdır ki, bu cür iddiaları demək olar hər il eşidirik. Bəs əslində qış aylarının sərt, yoxsa mülayim keçəcəyini göstərən konkret əlamətlər varmı? Bu proqnozlar nəyə əsaslanır və nə dərəcədə doğrudur?

Alim, ekoloq Sadiq Həsənov məsələ ilə bağlı "Yeni Sabah"a danışıb. Onun sözlərinə görə, burada bir neçə vacib məqama diqqət yetirmək lazımdır:

"Ümumiyyətlə, Azərbaycanda hava şəraitini, xüsusilə də soyuq hava proseslərini ölkəyə müxtəlif istiqamətlərdən daxil olan hava kütlələri müəyyən edir. Bu istiqamətlər əsasən üçdür. Birincisi, kontinental arktik qütb havasıdır. Bu hava kütlələri Arktika qütbündən gəlir, quru və olduqca soyuq xarakter daşıyır. Əsasən Sibir və Barens dənizi istiqamətindən Azərbaycana daxil olur və daha çox qış aylarında təsir göstərir.

İkincisi, dəniz mənşəli arktik hava kütlələridir. Bu kütlələr Qrenlandiya və Şpitsbergen istiqamətindən gəlir və əsasən mart-aprel aylarında ölkəmizə doğru yönəlir. Onlar da soyuq hava gətirən hava axınlarıdır.

Üçüncüsü isə şimal Xəzri küləkləridir. Xəzər dənizi üzərindən əsən bu küləklər də havanın soyumasında mühüm rol oynayır və soyuq hava kütlələrinin ölkəyə daxil olmasına şərait yaradır".

Ekspert bildirib ki, Böyük Qafqaz sıra dağları şimaldan gələn soyuq hava kütlələrinin qarşısını qismən alaraq hava şəraitini müəyyən qədər normallaşdırır:

"Bu da Azərbaycanın iqliminin formalaşmasında mühüm amillərdən biridir və temperaturun kəskin şəkildə aşağı düşməsinə mane olur. Hazırkı müşahidələr göstərir ki, Azərbaycanda qışın sərt və uzunmüddətli soyuq keçəcəyini deməyə əsas verən ciddi əlamətlər yoxdur. Çünki son illər iqlim dəyişiklikləri özünü açıq şəkildə göstərir.

Fəsillərin və aylardakı hava şəraitinin yeri dəyişib. Məsələn, noyabr ayında mülayim və isti hava şəraiti müşahidə etdik. Dekabr və yanvar aylarında qısa müddətli soyuq hava kütlələrinin daxil olması mümkündür. Lakin bu proseslərin uzun çəkməyəcəyi və sonradan yenidən mülayim hava ilə əvəz olunacağı ehtimal edilir. Bu səbəbdən qışın tam olaraq sərt, yoxsa mülayim keçəcəyini əvvəlcədən dəqiq demək çətindir. Ancaq ümumi ehtimala görə, soyuq hava kütlələri uzunmüddətli və davamlı olmayacaq".

"Hazırda müşahidə olunan təxminən 1,5 dərəcəlik temperatur artımı artıq bütün dünyada hava mühitini ciddi şəkildə dəyişib. Bu prosesin təsiri ilə Avropanın bir çox ölkəsində qış fəsli əvvəlki illərlə müqayisədə daha az soyuq keçir, hava şəraiti əsasən mülayim olur. Şimal qütbündən və Arktika bölgəsindən daxil olan hava kütlələrinin artıq əvvəlki kimi sərt xarakter daşımaması onu göstərir ki, Azərbaycanda da hava şəraiti yalnız qısa müddətli soyuq epizodlarla müşahidə oluna bilər. Bu qısa soyuq dövrlərdən sonra isə yenidən mülayimləşmə mərhələsi başlayacaq", - deyə S.Həsənov vurğulayıb.

Həmçinin, o, əlavə edib ki, iqlimdə baş verən kəskin dəyişikliklər fonunda tam dəqiq və uzunmüddətli proqnoz vermək mümkün deyil:

"Çünki temperatur artımı davam edir, qlobal istiləşmə prosesi güclənir və bu hal həm Arktika, həm də Antarktika - yəni Cənub qütbü ərazilərində hava mühitində ciddi dəyişikliklərə səbəb olur. Buzlaqların əriməsi, soyuq hava kütlələrinin əvvəlki intensivliklə formalaşmaması müşahidə olunur ki, bu da ümumi hava mühitinin daha mülayim keçməsinə gətirib çıxarır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək