Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Kristiano Ronaldo: “Anamı heç vaxt heç kimə dəyişm...
Kristiano Ronaldo: “Anamı heç vaxt heç kimə dəyişmərəm”
İdman

Kristiano Ronaldo: “Anamı heç vaxt heç kimə dəyişmərəm”

Xpress.az Redaksiyası 17.12.2025 09:22


Dünya futbolunun ulduzu Kristiano Ronaldo keçmiş sevgilisi, model İrina Şeyklə ayrılığının səbəbi barədə danışıb. Jurnalistin sualını cavablandıran Ronaldo bildirib ki, ayrılığa səbəb İrina Şeykin anası ilə bağlı söylədiyi ultimatum olub.
Ronaldo deyib ki, bir gün İrina Şeyk ona kəskin və qəti şəkildə seçim etməsini tələb edib: “Ya o, ya da mən”. Futbolçu həmin an münasibətlərinin bitdiyini anladığını qeyd edib.
“Mən heç vaxt anamı heç kimə dəyişmərəm. Nə bu dünyada, nə də o biri dünyada. Əgər bir qadın ananı qəbul etmirsə, demək, o sənin taleyinə yazılmış insan deyil”, – deyə Ronaldo vurğulayıb.
O, uşaqlıq illərini xatırladaraq anasının onun üçün göstərdiyi fədakarlıqlardan da danışıb. Ronaldonun sözlərinə görə, ailənin maddi imkanları məhdud olduğu dövrdə anası onun təhsil alması və futbol arzularını davam etdirməsi üçün ağır işlərdə çalışıb.
“Uşaq olanda xəyallarım var idi, amma əlimdə heç nə yox idi. Yanımda yalnız anam vardı. O, mənim üçün evlər təmizlədi, bağlarda işlədı, ağır işlər gördü ki, mənim bir dəftərim, bir cüt ayaqqabım olsun”, – deyə futbolçu bildirib.
Ronaldo qeyd edib ki, həyatındakı ən böyük nemət anasıdır və bu seçimindən heç vaxt peşman olmayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək