Mədəniyyət
Məhşur müğənni və tanınmış şəxslər SAXLANILDI
Xpress.az Redaksiyası
18.12.2025 09:59
Türkiyədə bir neçə tanınmış şəxs narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılıb.
Onlar polisin keçirdiyi əməliyyat çərçivəsində istintaqa cəlb olunublar.
Saxlanılan şəxslər arasında tanınmış müğənni Aleyna Tilki, influnser Danla Bilic və aktrisa İrem Sak da var.