Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman FİFA-dan "Əl-Nəsr"ə transfer
FİFA-dan "Əl-Nəsr"ə transfer
İdman

FİFA-dan "Əl-Nəsr"ə transfer qadağası

Xpress.az Redaksiyası 20.12.2025 19:03

FİFA Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna transfer qadağası qoyub.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qadağaya səbəb "Əl-Nəsr"in 2023-cü ildə mərkəz müdafiəçisi Aymerik Laportun transferi üçün "Mançester Siti"yə borclu qalması ola bilər.

Vurğulanır ki, klub "şəhərlilər"a təxminən 9 milyon avro ödəməyib. Borcun ödənilməsi üçün son tarix 31 avqustda başa çatıb.

Ötən payızda isə Laport "Əl-Nəsr"dən "Atletik"ə keçib.

Xatırladaq ki, "Əl-Nəsr"in kapitanı "Qızıl top"un beşqat qalibi Kriştiano Ronaldodur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək