Bu barədə "The War Zone" məlumat yayıb.
Nəşrin məlumatına görə, bu qırıcıların gəlişi Venesuela Prezidenti Nikolas Maduroya istefa vermək üçün siyasi və hərbi təzyiqlərin bir hissəsidir.
Hazırda ABŞ-nin bölgədə "USS Gerald Ford" təyyarədaşıyan gəmisində 48 ədəd "F/A-18F Super Hornet" qırıcıları da var. Bundan əlavə, böyük amfibiya hücum gəmisi "USS Iwo Jima" 6 ədəd "AV-8B" qırıcısı daşıyır.