Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman AFFA-nın Məşqçilər Komitəsinin sədri: “Səbirli ols...
AFFA-nın Məşqçilər Komitəsinin sədri: “Səbirli olsaq, Azərbaycan futbolu azarkeşlərini sevindirəcək” 
İdman

AFFA-nın Məşqçilər Komitəsinin sədri: “Səbirli olsaq, Azərbaycan futbolu azarkeşlərini sevindirəcək”  MÜSAHİBƏ

Xpress.az Redaksiyası 23.12.2025 08:40

Azərbaycan futbolunu bəzən “dalğalı dənizə” bənzədirlər. Bir tərəfdən gənc və istedadlı futbolçuların üzə çıxması ümid yaradır, digər tərəfdən isə ard-arda məğlubiyyətlər və təşkilati problemlər azarkeşləri narahat edir. Mövzu ilə bağlı AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Xpress.az-a müsahibə verib.
– Sizcə nə etmək lazımdır ki, Azərbaycan futbolsevərləri nəhayət sevinsin?
– Doğrudur, hazırda gənc və istedadlı futbolçular üzə çıxır və bu, gələcək üçün ümidverici məqamdır. Hesab edirəm ki, düzgün idarəetmə mexanizmlərinin qurulması və sistemli yanaşmanın formalaşdırılması ilə istədiyimiz nəticələrə nail olmaq mümkündür. Görülən bütün işlər zaman tələb edir. Bu baxımdan səbirli olmaq vacibdir. Əminəm ki, atılan addımlar sonda müsbət nəticə verəcək, azarkeşləri sevindirəcək və biz layiqli Azərbaycan futbolunun şahidi olacağıq.

– Ümumiyyətlə, insanın təbiəti belədir: yaxşı iş görəndə alqışlayır, kiçik bir səhv olanda isə tənqidlər başlayır. Son vaxtlar futbol ictimaiyyətində tənqidlər də kifayət qədər səslənir. Bu tənqidlərə münasibətiniz necədir?
–Hansı hadisələrdən və kimlərdən söhbət getdiyini anlayıram. Burada məsələ təkcə futbol deyil, ümumilikdə düşüncə tərzinin və mentallığın dəyişməsidir. Bu isə müəyyən zaman tələb edən prosesdir.
– Sizcə tənqid edənlər hansı məqamları nəzərə almalıdır?
– Tənqid səsləndirənlər anlamalıdır ki, hər zaman və hər şəraitdə dərhal istənilən nəticəni əldə etmək mümkün olmur. Uğur böyük zəhmət, ardıcıl və planlı iş, eyni zamanda səbir tələb edir. Azərbaycan futbolunda bu sahəni ürəkdən sevən, fədakarlıqla çalışan və vətənpərvər insanlar kifayət qədərdir. Məhz buna görə də gələcəyə bədbin yox, nikbin baxmaq üçün əsaslarımız var.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək