Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Messinin bacısı ağır
Messinin bacısı ağır
İdman

Messinin bacısı ağır QƏZA keçirdi

Xpress.az Redaksiyası 23.12.2025 22:28

ABŞ-in Mayami şəhərində Lionel Messinin bacısı Maria Sol Messi yol-nəqliyyat hadisəsi keçirib. Məlumata görə, o, avtomobili idarə edərkən qəfil huşunu itirib və nəqliyyat vasitəsi divara çırpılıb.

Hadisə nəticəsində Maria Solun onurğa sütunu, biləyi və dabanında sınıqlar aşkarlanıb, eyni zamanda yanıq xəsarətləri aldığı bildirilib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

 Ailəsi onun vəziyyətinin stabil olduğunu, həyatına təhlükə olmadığını açıqlasa da, uzun müddət reabilitasiya almasının vacib olduğu qeyd edilib.

Qəza səbəbindən Maria Solun yanvarın əvvəlində Rosarioda keçirilməsi planlaşdırılan toy mərasimi təxirə salınıb. O, "İnter Mayami" klubunun U-19 komandasında çalışan məşqçi Julin Arellano ilə ailə qurmalı idi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək