Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İsveçdə qasırğa tüğyan edir: Ölənlər var
İsveçdə qasırğa tüğyan edir: Ölənlər var
Dünya

İsveçdə qasırğa tüğyan edir: Ölənlər var

Xpress.az Redaksiyası 28.12.2025 10:07

İsveçdə tüğyan edən "Yohannes" qasırğası nəticəsində iki nəfər həlak olub, 40 mindən çox təsərrüfat işıqsız qalıb, minlərlə aşmış ağac isə yolları bağlayıb.

Ölkənin böyük hissəsində güclü küləklər müşahidə olunur. Bəzi rayonlarda küləyin sürəti saniyədə 45 metri ötüb. Aşmış ağaclar iri magistrallarda və kiçik yollarda çoxsaylı tıxaclara səbəb olub.

"Təkcə mərkəzi İsveçdə mindən çox ağac aşıb, bəzi yerlərdə biz hətta işləri dayandırmışıq, çünki bu, təmizləmə ilə məşğul olanlar üçün təhlükəlidir", - deyə Nəqliyyat İdarəsinin nümayəndəsi Denni Eriksson bildirib.

İdarə sürücüləri fırtına sakitləşənədək evdə qalmağa çağırır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək