Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
Dünya

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Xpress.az Redaksiyası 30.12.2025 09:16

Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin dövlət hesabına evlə təmin olunması qaydalarında dəyişiklik edib.

  Globalinfo.az verir ki, bu barədə ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazir bildirir ki, Qarabağdan köçən ailələrin mənzillə təmin olunmasına dövlət yardımı proqramı çərçivəsində arayış almaq üçün ərizə blankında məcburi ailə tərkibinə dəyişiklik edilib. Məlumata görə, artıq 18 yaşına çatmış və ərizə ilə müraciət etmiş şəxslər birmənalı şəkildə ayrı ailə üzvü kimi qəbul olunmayacaq. Eyni ailənin tərkibində qəbul ediləcəklər.

 Qeyd edək ki, son zamanlarda Qarabağ erməniləri üçün nəzərdə tutulan sosial paketlərin həyata keçirilməsi ilə bağlı narazılıqlar artıb. Hökumətin bəzi qayda və tələbləri tədricən sərtləşdirdiyi bildirilir. 

Məlumata görə, ölkə daxilində də sözügedən şəxslərə normal münasibət göstərilmir, həmçinin sosial ehtiyacları lazımi səviyyədə təmin olunmur. Hətta bəziləri təqiblərə məruz qaldıqlarını iddia edirlər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək