Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Təxirə salınan uçuşların sayı 10 mini keçdi-
Təxirə salınan uçuşların sayı 10 mini keçdi-
Dünya

Təxirə salınan uçuşların sayı 10 mini keçdi- Bu ölkədə

Xpress.az Redaksiyası 30.12.2025 19:35

ABŞ-ın Orta Qərb və Şimal-Şərq ştatlarında qeyri-sabit hava şəraiti səbəbindən 10 mindən çox uçuş təxirə salınıb.

Bu barədə “FlaytAvare” portalı məlumat yayıb.

Məlumata görə, bazar ertəsi və çərşənbə axşamının ilk saatlarından etibarən daha 1900 uçuş ləğv edilib.

Qeyd edək ki, bu bölgələrə güclü qar yağışı və fırtına küləyi əsib. Xüsusilə, bazar ertəsi axşamı Çikaqoda (İllinoys ştatı) küləyin sürəti bəzi yerlərdə 25 m/s-yə çatıb. Böyük miqyaslı uçuşların ləğvi və gecikmələri ilə yanaşı, çoxsaylı yol qəzaları da baş verib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək