Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya 3 gün yemək verilməyən körpə HƏYATINI İTİRDİ-
3 gün yemək verilməyən körpə HƏYATINI İTİRDİ-
Dünya

3 gün yemək verilməyən körpə HƏYATINI İTİRDİ- AİLƏSİ HƏBS OLUNDU

Xpress.az Redaksiyası 02.01.2026 15:43

İstanbulun Fatih rayonunda 3,2 kiloqram çəki ilə doğulan körpə 55 gün sonra 2 kiloqram çəkidə dünyasını dəyişib.

Dekabrın 30-da baş verən hadisədə Y.Y. adlı qadın 112 Təcili Zəng Mərkəzinə zəng edərək 2 aylıq körpəsinin nəfəs almadığını və hərəkətsiz olduğunu bildirib. Müayinə zamanı körpənin qarın nahiyəsində içə doğru çökmə olduğu müəyyən edilib.

Araşdırmalar zamanı ananın körpənin ölümündən təxminən 12 saat sonra 112-yə zəng etdiyi, son 3 gündür körpəni qidalandırmadığını dediyi və ailə üzvlərinin bir-birinə zidd ifadələr verdiyi üzə çıxıb.

Bunun ardınca ana Y.Y., onun nikahsız birlikdə yaşadığı və körpənin atası olduğu bildirilən B.Y., eyni evdə yaşayan nənə A.Y. və baba Y.E.Y. saxlanılıb. Şübhəlilər İstanbul Ədliyyə Sarayına aparılıb. Prokurorluqda ifadələri alındıqdan sonra növbətçi istintaq hakiminə təqdim edilən 4 nəfər “qəsdən adam öldürmə” cinayəti üzrə həbs edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək