Dünya
Parisdə Janna Darkın “qılıncı” oğurlandı
Xpress.az Redaksiyası
02.01.2026 23:22
Parisdə naməlum şəxs Janna Darkın atlı heykəlindəki qılıncı oğurlayıb.
Bu barədə Fransanın "Europe 1” nəşri məlumat yayıb.
"Yerli vaxtla səhər saat 10:00 radələrində (Bakı vaxtı ilə 13:00) bir kişi Janna Darkın heykəlinə dırmaşıb, sonra qılıncın tiyəsini qırıb və hadisə yerindən qaçıb.
Şübhəli şəxs vandalizm və ictimai əmlakı oğurlamaqda ittiham olunaraq polis tərəfindən həbs edilib", - məlumatda bildirilib.