Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Dünya əhalisinin sayı rekorda yaxınlaşır
Dünya əhalisinin sayı rekorda yaxınlaşır
Dünya

Dünya əhalisinin sayı rekorda yaxınlaşır - TƏHLÜKƏ

Xpress.az Redaksiyası 03.01.2026 09:38

2025-ci ildə dünya əhəlisinin sayı 8,2 milyardı keçib.

 Birləşmiş Millətlər Təşkilatı (BMT) bu statistikanı müxtəlif araşdırmalara əsasən açıqlayıb.

Hesablamalara görə, əhalinin təxminən 59 faizi Asiyada, 19 faizi Afrikada, 9 faizi Avropada, 8 faizi Latın Amerikası və Karib hövzəsində, 5 faizi isə Şimali Amerikada yaşayır.
Hazırda əhalisi 100 milyonu ötən 16 ölkə var. Hindistan (təxminən 1,46 mlrd) və Çin (təxminən 1,41 mlrd) dünya əhalisinin üçdə birini təşkil edir. Onları ABŞ, İndoneziya, Pakistan, Nigeriya və Braziliya kimi ölkələr izləyir. Avropada isə 100 milyon əhalisi olan ölkə yoxdur. Belə ki, ən çox əhali Almaniyada – təxminən 80 milyon nəfərdir.


BMT insan sayının artıq rekorda yaxınlaşdığını, kritik həddin isə aşıldığını bəyan edib. Ümumi əhali sayının 2037-ci ildə 9 milyarda, 2060-cı ildə isə 10 milyarda çatacağı gözlənilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək