Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ-nin hücumu niyə gecikibmiş?
ABŞ-nin hücumu niyə gecikibmiş?
Dünya

ABŞ-nin hücumu niyə gecikibmiş?

Xpress.az Redaksiyası 03.01.2026 12:59

CBS News-un adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, əvvəlcə 25 dekabr Milad gününə planlaşdırılan ABŞ-ın Venesuelada quru hücumu əməliyyatı pis hava şəraiti səbəbindən bir neçə dəfə təxirə salınıb.

Miladdan sonra ABŞ ordusunun əməliyyatı həyata keçirməsi üçün əlavə vaxt pəncərələri açılıb, lakin komandanlıq planlaşdırılan əməliyyatı təxirə salaraq ən yaxşı uğur şansını təmin edəcək hava şəraitini gözləyib.

3 yanvarda Associated Press agentliyi Karakasda ən azı yeddi partlayışın baş verdiyini və bir neçə təyyarənin şəhər üzərindən uçduğunu bildirib.


Daha sonra partlayışın Venesuelanın şimalındakı Varqas ştatındakı La Quayra Hərbi Dəniz Bazasında baş verdiyi bildirilib.


CBS News jurnalisti Cennifer Ceykobs bildirib ki, ABŞ prezidenti Donald Tramp Venesuelada hərbi obyektlər də daxil olmaqla bir sıra hədəflərə zərbələr endirməyi əmr edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək