Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Yeni təyinat:
Yeni təyinat:
Dünya

Yeni təyinat: O, Zelenskinin varisi ola bilər

Xpress.az Redaksiyası 03.01.2026 14:19

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak korrupsiya ilə bağlı ittihamlardan sonra istefa verdikdə Prezident Vladimir Zelenskinin cəmiyyətin də qəbul edə biləcəyi çevik köməkçiyə ehtiyacı var idi. Zelenski bu vəzifəni Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kirill Budanova həvalə edib. İkinci Maydan hərəkatı zamanı Ukrayna ordusu faktiki dağılmışdı. Budanov Donbasda baş qaldıran separatçılara qarşı özünümdafiə batalyonlarının sırasına qatılaraq ilk döyüşlərdə iştirak etmişdi. Döyüşlərdə qazandığı uğurlara görə, 39 yaşlı Budanov general rütbəsinə qədər yüksəldi.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Budanov kəşfiyyata rəhbərlik etdiyi dövrdə işğalçı Rusiyaya qarşı müxtəlif əməliyyatlar həyata keçirib. Rusiyada generallara qarşı məxfi əməliyyatların hazırlanması Budanovun adı ilə bağlıdır. Rusiya kəşfiyyatı Budanovu qətlə yetirmək üçün müxtəlif əməliyyatlar planlaşdırsa da, uğur qazana bilməyib. Budanov yeni vəzifəsində ölkəsinin müdafiə və təhlükəsizlik qüvvələrinin inkişafına, eləcə də diplomatiyaya cavabdeh olacaq. Bu, Budanov üçün növbəti sınaqdır və o, qarşısında qoyulan vəzifələrdə uğur qazana bilsə, Zelenskinin varisi ola bilər”, - politoloq bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək