Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Ukrayna ABŞ-la RAZILIĞA GƏLDİ -
Ukrayna ABŞ-la RAZILIĞA GƏLDİ -
Dünya

Ukrayna ABŞ-la RAZILIĞA GƏLDİ - Vaşinqton nələr edəcək?

Xpress.az Redaksiyası 03.01.2026 18:42

"Ukrayna və ABŞ dörd bölmə və düzəlişlərdən ibarət hərbi sənəd üzərində razılığa gəliblər"

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov bildirib.

O, sənəddə Kiyevə və Ukrayna Silahlı Qüvvələrinə necə dəstək veriləcəyi barədə məlumatların yer aldığını, həmçinin qoşunların dəstəklənməsi və modernləşdirilməsi məsələlərinin də müzakirə olunduğunu aydınlaşdırıb.

Bundan əlavə, sənəddə razılaşmalara riayət olunmasının monitorinqi mexanizmləri və uyğunsuzluq halında görüləcək tədbirlər müəyyən edilib.

Oxşar işlərin digər Ukrayna tərəfdaş ölkələri ilə də aparıldığı qeyd edilib. Vurğulanıb ki, razılaşmanın bir bölməsi "könüllülər koalisiyası"nın fəaliyyəti ilə bağlıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək