Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Tramp Venesueladakı əməliyyatı
Tramp Venesueladakı əməliyyatı
Dünya

Tramp Venesueladakı əməliyyatı iqamətgahından izləyib

Xpress.az Redaksiyası 03.01.2026 22:05

ABŞ Prezidenti Donald Tramp Venesueladakı əməliyyatı Florida ştatındakı Mar-a-Laqo iqamətgahından izləyib.

 Ağ Ev rəhbəri bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Venesuela lideri Nikolas Maduronun həbs edilməsini canlı yayımda izləmək "televiziya şousuna bənzəyirdi".

Tramp əməliyyat zamanı şəxsi heyət arasında həyatını itirənlərin olmadığını, lakin yaralananların olduğunu bildirib.

ABŞ Prezidenti qeyd edib ki, əməliyyat 2-4 gün əvvəl planlaşdırılıb, lakin pis hava şəraiti səbəbindən təxirə salınıb. Ağ Ev rəhbəri əlavə edib ki, Maduro və onun həyat yoldaşı Venesueladan vertolyotla çıxarılıb və gəmiyə mindiriliblər. Onlar Nyu-Yorka çatdırılacaqlar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək