Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Maduronu dəfələrlə getməyə çağırdıq, amma o “axmaq...
Maduronu dəfələrlə getməyə çağırdıq, amma o “axmaqlıq etdi” - VİDEO
Dünya

Maduronu dəfələrlə getməyə çağırdıq, amma o “axmaqlıq etdi” - VİDEO

Xpress.az Redaksiyası 04.01.2026 10:40

ABŞ xüsusi təyinatlılarının əməliyyatından xeyli əvvəl Nikolás Maduronu Venesuelanın legitim prezidenti kimi təkcə ABŞ yox, bir çox ölkə tanımırdı.

Bunu ABŞ dövlət katibi Marko Rubio dünən keçirilən mətbuat konfransında bildirib.

Rubionun sözlərinə görə, Maduraya vəzifədən getməsi üçün “çox-çox səxavətli təkliflər” irəli sürülüb və onun zorakı şəkildə hakimiyyətdən uzaqlaşdırılmasının qarşısını almaq imkanı olub.

“Amma o, özünü vəhşi kimi aparmağı, axmaqlıq etməyi seçdi və nəticəni gördük… Ümid edirəm, insanlar indi başa düşür ki, ABŞ-ın 47-ci prezidenti oyun oynamır. O, nəsə edəcəyini deyirsə edir”, — deyə Rubio vurğulayıb.

O xatırladıb ki, ABŞ-da Maduronun tutulmasına gətirib çıxaracaq məlumat üçün 50 milyon dollar mükafat elan edilmişdi.

“Düşünürəm ki, biz 50 milyon dollar qənaət etdik”, — deyə Rubio zarafat edib.

Buna cavab olaraq ABŞ prezidenti Donald Tramp deyib:

“Buna əmin olun. Heç kəsin həmin pula iddia qaldırmasına imkan verməyin. Bu pul bizdən başqa heç kimə düşmür”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək