Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Pekin ABŞ-dan tələb etdi:
Pekin ABŞ-dan tələb etdi:
Dünya

Pekin ABŞ-dan tələb etdi: dərhal azad et!

Xpress.az Redaksiyası 04.01.2026 13:47

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bazar günü bildirib ki, Pekin ABŞ-ni Venesuela prezidenti Nikolas Maduronu və həyat yoldaşını dərhal azad etməyə çağırıb.

Departament sözçüsü bu bəyanatı ABŞ-nin şənbə günü keçirdiyi əməliyyatla bağlı verib.

"Çin Maduronun və onun həyat yoldaşının ABŞ tərəfindən zorla tutulması və ölkədən çıxarılması ilə bağlı ciddi narahatlığını ifadə edir",- sözçü deyib.

O, əlavə edib ki, ABŞ-ın hərəkətləri beynəlxalq hüququn, beynəlxalq münasibətlərin fundamental normalarının, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin açıq şəkildə pozulmasıdır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ölkəsi ABŞ-ni Maduronun və onun həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməyə, onları dərhal azad etməyə, Venesuela hökumətinin devrilməsini dayandırmağa və problemləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək