Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Zelenskidən Rusiyaya
Zelenskidən Rusiyaya
Dünya

Zelenskidən Rusiyaya SANKSİYA

Xpress.az Redaksiyası 04.01.2026 21:35

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 95 fiziki şəxsə və 70 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq etmək qərarını həyata keçirən fərman imzalayıb.

Bu barədə Ukraynanın Prezident Administrasiyasının saytında məlumat yayılıb.

Onların əksəriyyəti Rusiya Federasiyasının vətəndaşları və sakinləridir.

Məlumatda qeyd olunur ki, sanksiyalar Rusiya dövlət müdafiə müqavilələrinə və onun müdafiə-sənaye kompleksinin fəaliyyətinə xidmət göstərən fiziki şəxsləri və şirkətləri hədəf alır.

Xüsusilə, bunlara Rusiya hərbi-sənaye kompleksi və təhlükəsizlik qurumları üçün rabitə, elektron müharibə və mikroelektronika sahələrində məhsullar istehsal edən və təchiz edən müəssisələr və onların rəhbərləri daxildir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək