Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
"Son hadisələrlə əlaqədar Hindistan vətəndaşlarına növbəti bildirişə qədər ciddi zərurət olmadan İran İslam Respublikasına səfər etməkdən çəkinmək tövsiyə olunur", - deyə bəyanatda bildirilir.
Yeni Delhi həmçinin İranda olan Hindistan vətəndaşlarına ehtiyatlı olmağı, etirazların və ya nümayişlərin keçirildiyi ərazilərdən uzaq durmağı tövsiyə edib.