Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İranda xaos siqnalı: Böyük güclər üz-üzə, dünya ye...
İranda xaos siqnalı: Böyük güclər üz-üzə, dünya yeni böhran astanasında
Dünya

İranda xaos siqnalı: Böyük güclər üz-üzə, dünya yeni böhran astanasında AÇIQLAMA

Xpress.az Redaksiyası 06.01.2026 12:00

2026-cı ilin ilk günlərində İranda başlayan etirazların əsas səbəbləri və bu aksiyaların regional, eləcə də beynəlxalq iqtisadi-siyasi vəziyyətə mümkün təsirləri dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Məsələ ilə bağlı siyasi şərhçi  Sədrəddin Soltan Xpress.az-a açıqlama verib.
Onun sözlərinə görə, İranda baş verən etiraz aksiyaları regional və qlobal təhlükəsizlik baxımından müəyyən risklər yarada bilər. Ölkə daxilində silahlı qarşıdurmanın baş verməsi, hakimiyyətin zorakı yollarla və ya terror təşkilatlarının iştirakı ilə dəyişdirilməsi ehtimalı mövcud olarsa, bu hal regional və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdidə çevrilə bilər. Eyni zamanda, Tehran hakimiyyətinin yaranmış vəziyyətdən diqqəti yayındırmaq məqsədilə ətraf ölkələrə və ya İsrailə qarşı hərbi-siyasi addımlar atması da təhlükəsizlik risklərini artıra bilər.

Sədrəddin Soltan qeyd edib ki, Tehran hakimiyyətinə qarşı çoxsaylı iqtisadi sanksiyalar, xüsusilə də İranın neft və təbii qaz sektoruna tətbiq edilən məhdudiyyətlər hadisələrin qlobal enerji qiymətlərinə ciddi təsir göstərməsinə imkan vermir.

 Bununla belə, müəyyən hallarda bu sanksiyalar qara bazarda neftin qiymətinə təsir göstərə bilər. Çünki iri neft şirkətləri və böyük alıcılar sanksiyalar səbəbindən İrandan neft almaqdan çəkinirlər.
Ekspertin sözlərinə görə, İrandan neft alan əsas ölkələr Şimali Koreya, Çin, Hindistan, Rusiya və Venesuela olub. Hazırda isə bu istiqamətdə də müəyyən məhdudiyyətlərin hiss olunduğu bildirilir. Bu baxımdan, İranda baş verən hadisələrin dünya üzrə neft və qaz bazarına regional və qlobal səviyyədə ciddi təsir göstərməsi gözlənilmir.
Bununla yanaşı, siyasi proseslərə müəyyən təsirlərin mümkün olduğu vurğulanır.

Tehran hakimiyyətinə qarşı daha sərt addımlar atmasına, eyni zamanda Çin və Rusiya ilə Qərb arasında İran məsələsi ətrafında əlavə gərginliklərin yaranmasına səbəb ola bilər.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək