Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Günəşdə nadir “qara” parıltı müşahidə olunub
Günəşdə nadir “qara” parıltı müşahidə olunub
Dünya

Günəşdə nadir “qara” parıltı müşahidə olunub

Xpress.az Redaksiyası 06.01.2026 21:55

Günəşdə nadir rast gəlinən bir fenomen qeydə alınıb. Dekabrın 8-də, yerli vaxtla saat 20:00-da adi parlaq günəş alovu əvəzinə qaranlıq bir quruluş müşahidə edilib. Alimlər bu hadisəni “qara” parıltı adlandırırlar.

Bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiya Laboratoriyası məlumat yayıb. Bildirilib ki, sözügedən hadisə Günəş diskinin üzərində yerləşən soyuq hidrogen qazı buludunun parçalanması nəticəsində baş verib. Nəticədə parlaq Günəş fonunda qaranlıq alov və ya duman effekti yaranıb.

Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçevin sözlərinə görə, bu fenomen vizual baxımdan qeyri-adi görünsə də, elmi baxımdan təhlükəli deyil. Onun qeyd etdiyi kimi, hadisə zamanı plazma buludu kosmosa atılmayıb, əksinə Günəş atmosferində yayılıb. Məhz bu səbəbdən partlayış qaranlıq görüntü kimi müşahidə olunub.

Alimlər vurğulayır ki, bu hadisənin Yer kürəsinə heç bir təsiri olmayıb. Səhər saatlarına qədər plazmanın bir hissəsi Günəş istiliyinin təsiri altında dağılaraq buxarlanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək