Dünya
6,4 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
Xpress.az Redaksiyası
07.01.2026 08:25
Filippin sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentri Santyaqo şəhərindən 27 km aralıda, Mindanao adası yaxınlığında, ocağı isə 58 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib. Tələfat və ya dağıntı barədə məlumat yoxdur.