Dünya
İranda etirazlar kəskinləşir: Məscidlər YANDIRILIB
Xpress.az Redaksiyası
09.01.2026 17:49
İranda davam edən etiraz aksiyaları fonunda paytaxt Tehranda gərginlik daha da artıb.
Sosial şəbəkələrdə dünən yayılan videolar şəhərin müxtəlif ərazilərində zorakılıq hallarının baş verdiyini göstərir.
Görüntülərdə iki məscidin və bir neçə avtomobilin yandırıldığı əks olunub. Məlumata görə, alovlanan məscidlərdən biri Tehranın Səadətabad məhəlləsində yerləşən Ər-Rəsul məscididir.
Səadətabaddakı etirazların görüntülərini paylaşan şəxslər vəziyyətin son dərəcə gərgin olduğunu bildiriblər. Onların sözlərinə görə, şəhərdə təhlükəsizlik durumu ağır olaraq qalır və insanlar ciddi risk altındadır.