Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Vizasız Türkiyə:
Vizasız Türkiyə:
Dünya

Vizasız Türkiyə: maraq 6 dəfə artdı, 1 milyon nəfər yoldadır

Xpress.az Redaksiyası 09.01.2026 18:59

Türkiyə Çin Xalq Respublikasının vətəndaşları üçün viza rejimini ləğv edib.

Çin Xalq Respublikasının ümumi (adi) pasport sahibi olan vətəndaşlarına Türkiyəyə hər 180 gün ərzində maksimum 90 gün qalmaq şərti ilə turistik səfərlər və tranzit keçidlər üçün vizasız giriş imkanı yaradılıb.

2 yanvar tarixindən qüvvəyə minən bu tətbiqdən sonra Çindən İstanbul istiqamətində uçuş axtarışları əvvəlki həftə ilə müqayisədə 6,3 dəfə artıb.

Antalyaya uçuş axtarışları 1,3 dəfə, İzmir istiqamətində axtarışlar isə 2 dəfə yüksəlib.

5 MİN DOLLARLIQ XƏRC

Sektor nümayəndələri çinli turistlərin dünyada ən çox xərcləyən turist qruplarından biri olduğuna diqqət çəkir. Bildirilir ki, çinli turistlər bir səfər zamanı adam başına 2 500–5 000 ABŞ dolları arasında vəsait xərcləyirlər.

Hazırda təxminən 400 min olan Çindən gələn turist sayının 2026-cı ilin sonuna qədər 1 milyona çatacağı gözlənilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək