Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Rusiya Ukraynanın ticarət gəmilərini
Rusiya Ukraynanın ticarət gəmilərini
Dünya

Rusiya Ukraynanın ticarət gəmilərini VURDU

Xpress.az Redaksiyası 09.01.2026 22:06

Rusiyanın pilotsuz uçuş aparatları (PUA) Odessa limanı yaxınlığında Komor adalarının bayrağı altında soya yükü daşıyan gəmini vurub, Suriya vətəndaşı olan ekipaj üzvü ölüb.

Bu barədə Ukrayna Baş nazirinin müavini Aleksey Kuleba öz teleqram kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, hadisə yerinə xilasetmə bölmələri göndərilib.

Kuleba həmçinin qeyd edib ki, Rusiyanın hücum dronu taxıl yükü ilə Çernomorsk limanına gedən Sent-Kits və Nevis bayrağı altındakı daha bir gəmiyə də zərbələr endirib. Hazırda gəminin ən yaxın limana doğru hərəkətdə olduğu bildirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək