Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Bu Avropa ölkələri İrana çağırış etdi
Bu Avropa ölkələri İrana çağırış etdi
Dünya

Bu Avropa ölkələri İrana çağırış etdi

Xpress.az Redaksiyası 10.01.2026 20:30

Fransa, Almaniya və Birləşmiş Krallıq liderləri birgə bəyanatda İranda etirazçıların qətlə yetirilməsini pisləyib və ölkə hakimiyyətini təmkinli olmağa çağırıblar.

Bu barədə “Le Fiqaro” qəzeti məlumat yayıb.

Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniya Baş naziri Keyr Starmer tərəfindən imzalanan sənəddə deyilir:

“İran təhlükəsizlik qüvvələri tərəfindən törədilən zorakılıq xəbərlərindən dərin narahatlıq keçiririk və etirazçıların qətlə yetirilməsini qətiyyətlə pisləyirik".

Üç Avropa ölkəsinin liderləri İran hakimiyyətini təmkinli olmağa, zorakılıqdan çəkinməyə və İran vətəndaşlarının fundamental hüquqlarına hörmət etməyə çağırıblar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək