Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Papa İranla bağlı
Papa İranla bağlı
Dünya

Papa İranla bağlı ÇAĞIRIŞ etdi

Xpress.az Redaksiyası 11.01.2026 23:44

Roma Papası XIV Leo İranda və Suriyada baş verən son hadisələr fonunda dialoqun genişləndirilməsinə, həmçinin Ukraynada sülhə nail olmaq üçün səylərin artırılmasına çağırıb.

Bu barədə Papa Müqəddəs Pyotr meydanına baxan iş otağının pəncərəsindən ənənəvi bazar günü duası zamanı möminlərə müraciət edib.

“Mən bütün cəmiyyətin ümumi rifahı naminə dialoqun və sülhün böyük səbir və dözümlə inkişaf etdirilməsi üçün dua edirəm”, – deyə o bildirib.

Ukraynadakı vəziyyətə toxunan Papa ölkənin enerji infrastrukturuna edilən kütləvi hücumlara diqqət çəkib və bu hücumların sərt qış soyuqlarının ən şiddətli dövründə baş verdiyini vurğulayıb.

Onun sözlərinə görə, bu, mülki əhali üçün qaranlıq və şaxta şəraitində yaşamaq uğrunda mübarizə deməkdir. XIV Leo zorakılığın dərhal dayandırılması və ədalətli sülhə nail olmaq üçün bütün səylərin göstərilməsi ilə bağlı çağırışını yenidən təkrarlayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək