Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İranda matəm elan edildi
İranda matəm elan edildi
Dünya

İranda matəm elan edildi

Xpress.az Redaksiyası 12.01.2026 08:29

İran hakimiyyəti "ABŞ və sionist rejiminə müqavimət göstərərək həlak olan" şəhidlərin xatirəsinə üç günlük milli matəm elan edib.

Bu barədə "Reuters" məlumat yayıb.

Xatırladaq ki, İranda etirazlar başlayıb və bütün əyalətlərə yayılıb. Hazırda internet tamamilə kəsilib. Mitinqlər 28 dekabrda milli valyutanın kəskin şəkildə ucuzlaşması səbəbindən başlayıb - 1 dollar hazırda təxminən 1,4 milyon İran rialına bərabərdir.

Daha sonra ABŞ prezidenti Donald Tramp ölkədəki hadisələrə reaksiya verərək, ölkə daxilindəki etirazlar zamanı nümayişçilər öldürülərsə, ABŞ-ın İrana "güclü zərbə" vura biləcəyini bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək