Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İran rialı etirazlar fonunda tarixi minimuma düşdü
İran rialı etirazlar fonunda tarixi minimuma düşdü
Dünya

İran rialı etirazlar fonunda tarixi minimuma düşdü

Xpress.az Redaksiyası 12.01.2026 19:15

Dekabrın sonundan bəri ölkədə davam edən etirazlar fonunda İran milli valyutası yeni tarixi minimuma enib.

Beynəlxalq Forex bazarında USD/IRR məzənnəsi 12 yanvar Bazar ertəsi günü bir dollar üçün 994,055 rial təşkil edib. 9 yanvarda bu göstərici 1.000,260 riala çatmışdı. 2025-ci ilin sonunda isə bir dollar 42,050 rial idi. Beləliklə, bu il dollar İran rialına qarşı Forex bazarında 2.278,74% dəyər qazanıb.

Qara bazar məlumatlarına görə, Bonbast.com saytında 12 yanvar bazar ertəsi günü dollar 1,4435 milyon rial səviyyəsində ticarət olunub. 6 yanvarda göstərici 1,4825 milyon rial, 31 dekabr 2025-də isə 1,35 milyon rial idi. Noyabrın ortalarında, iğtişaşlardan əvvəl, dollar 1,12 milyon rial dəyərində ticarət olunurdu.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək