Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Litvadan Rusiyaya
Litvadan Rusiyaya
Dünya

Litvadan Rusiyaya NOTA

Xpress.az Redaksiyası 12.01.2026 19:33

Litva Xarici İşlər Nazirliyi (XİN) Ukrayna şəhərlərinə davam edən kütləvi hücumları səbəbindən Rusiyanın müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib.

Bu barədə Litva XİN məlumat yayıb.

"12 yanvar tarixində Litva Xarici İşlər Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Ukrayna şəhərlərinə davam edən hücumları ilə əlaqədar Rusiya Federasiyasının müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib. Notada vurğulanır ki, bu hücumların əsas məqsədi mülki əhalini öldürmək və Ukrayna cəmiyyətini qorxutmaq məqsədilə mülki infrastrukturu dağıtmaqdır", - məlumatda qeyd olunub.

Sənəddə bildirilib ki, ötən həftə Rusiya raket və pilotsuz uçuş aparatları ilə Ukraynanın yaşayış məntəqələrini, xüsusilə Kiyev və Krivoy Roqu hədəfə alıb, milyonlarla sakini qaranlıq və soyuqda qalmağa məcbur edib. Qətərin Ukraynadakı səfirliyinə dəyən ziyan, Avropa İttifaqı və NATO sərhədlərinə yaxın, Lvov vilayətində nüvə silahı daşıya bilən raketlərdən istifadənin Ukraynanın, Avropanın və bütün dünyanın təhlükəsizliyinə ciddi təhdid yaratdığı da vurğulanıb.

Qeyd olunub ki, yaşayış məntəqələrinə və mülki infrastruktura hücumlar beynəlxalq humanitar hüququn pozulması və hərbi cinayət kimi qiymətləndirilə bilər. Litva hərbi əməliyyatların dərhal dayandırılmasına, xarici qoşunların Ukrayna ərazisindən çıxarılmasına və vurulmuş ziyanın ödənilməsinə çağırıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək