Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Fransada növbəti etiraz
Fransada növbəti etiraz
Dünya

Fransada növbəti etiraz AKSİYASI

Xpress.az Redaksiyası 13.01.2026 16:33

Fransada fermerlər Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında planlaşdırılan ticarət sazişinə etiraz olaraq yenidən Paris küçələrinə çıxıblar. Etirazçılar paytaxta traktorlarla daxil olaraq şəhər mərkəzində aksiyalar keçiriblər.

Bu, son bir həftə ərzində fermerlərin təşkil etdiyi ikinci kütləvi etirazdır. Fermerlər hesab edirlər ki, sözügedən saziş Avropa standartlarına cavab verməyən, daha ucuz Cənubi Amerika məhsullarının bazara daxil olmasına şərait yaradacaq və bu da yerli kənd təsərrüfatına ciddi zərbə vuracaq.

Qeyd olunur ki, etirazlar artıq bir neçə aydır davam edir və yalnız Avropa İttifaqının ən iri kənd təsərrüfatı istehsalçısı olan Fransanı deyil, digər Aİ ölkələrini də əhatə edir. MERCOSUR sazişinə etirazla yanaşı, fermerlər daxili bazarda artan xərclər, gəlirlərin azalması və dövlət dəstəyinin yetərsizliyi kimi problemlərdən də narazılıqlarını ifadə edirlər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək