Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Ağ Evdə Qrenlandiya ilə bağlı
Ağ Evdə Qrenlandiya ilə bağlı
Dünya

Ağ Evdə Qrenlandiya ilə bağlı GÖRÜŞ keçirildi

Xpress.az Redaksiyası 14.01.2026 22:35

ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio Ağ Evdə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt ilə kritik görüşüblər.

Bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, görüş Prezident Donald Trampın Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçməsi ilə bağlı təzyiqlərini artırdığı bir vaxtda baş tutur.

Görüşdən cəmi bir neçə saat əvvəl Tramp öz sosial media hesabında Qrenlandiyanın ABŞ-nin milli təhlükəsizliyi üçün “olmazsa olmaz” olduğunu təkrar edərək, NATO-nu bu prosesdə liderlik etməyə çağırıb. O, adanın ABŞ-ın əlində olmamasının “qəbulolunmaz” olduğunu bildirib.

Məlumata görə, Danimarka və Qrenlandiya nümayəndə heyəti əvvəlcə görüşün yalnız Marko Rubio ilə keçirilməsini istəsələr də, vitse-prezident C.D. Vensin prosesə şəxsən rəhbərlik etmək istəyi görüşün yerini Dövlət Departamentindən Ağ Evə dəyişib.

Qeyd edək ki, Vens bir qədər əvvəl Danimarkanı Qrenlandiyaya “pis müttəfiqlik” etməkdə və adanı diqqətdən kənarda saxlamaqda ittiham etmişdi.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək