Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Enerji sektorunda fövqəladə vəziyyət -
Enerji sektorunda fövqəladə vəziyyət -
Dünya

Enerji sektorunda fövqəladə vəziyyət - BU ÖLKƏDƏ

Xpress.az Redaksiyası 14.01.2026 22:43

Ukraynanın enerji sektorunda fövqəladə vəziyyət elan ediləcək.

Ukrayna Prezidenti Volodimir Zelenski bunu iclasdan sonra "Telegram" kanalında yazıb.

O, həmçinin Kiyevdəki vəziyyəti əlaqələndirmək üçün 24 saatlıq qərargah yaradılacağını bildirib.

"Kiyevdəki vəziyyətə xüsusi diqqət yetirilir. Rusiya zərbələrinin nəticələri və pisləşən hava şəraiti səbəbindən vəziyyət ağırdır. Kiyevdəki vəziyyəti əlaqələndirmək üçün daimi fəaliyyət göstərəcək qərargah yaradılacaq. Ukraynanın enerji sektorunda ümumilikdə fövqəladə vəziyyət elan ediləcək. Bu şəraitdə insanları və icmaları dəstəkləmək, eləcə də praktik məsələləri həll etmək Ukrayna Baş nazirinin birinci müavini və energetika nazirinə tapşırılıb", - Zelenski qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək