Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Karapetyan yenidən təcridxanaya
Karapetyan yenidən təcridxanaya
Dünya

Karapetyan yenidən təcridxanaya QAYTARILIR

Xpress.az Redaksiyası 16.01.2026 14:44

Samvel Karapetyan yenidən istintaq təcridxanasına qaytarılır.

Ermənistanın Antikorrupsiya üzrə Apellyasiya Məhkəməsi bu barədə qərar verib.

Qərara əsasən, aşağı instansiya məhkəməsinin ev dustaqlığı qərarı dəyişdirilib.

Xatırladaq ki, ötən ilin dekabrının sonunda iş adamı Samvel Karapetyan ev dustaqlığına buraxılmışdı. Lakin respublikanın Baş Prokurorluğu və İstintaq Komitəsi bu qərarın ləğv edilərək Karapetyanın yenidən istintaq təcridxanasına (SİZO) qaytarılması üçün müraciət etmişdi.

Qeyd edək ki, Rusiya vətəndaşı olan iş adamı 18 iyun 2025-ci ildən həbsdədir. Ona hakimiyyəti zorla ələ keçirməyə açıq çağırışlar etmək ittihamı irəli sürülüb. Samvel Karapetyan ittihamları qəbul etmir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək