Bəzi kişilərin daha cazibədar görünməsinin arxasındakı “sadə” xüsusiyyət açıqlandı
NASA-nın James Webb Kosmik Teleskopu ilə bağlı yeni kəşf: Kiçik qırmızı nöqtələr gənc qara dəliklərdir
NASA-nın James Webb Kosmik Teleskopu 2021-ci ilin sonunda fəaliyyətə başladıqda, alimlər görüntülərdə adi ulduzlar və qalaktikalar arasında izahı mümkün olmayan qırmızı nöqtələr aşkar etmişdilər. Bu qırmızı nöqtələr o zamandan bəri araşdırıcılar üçün bir sirr olaraq qalırdı.
Araşdırmalar göstərdi ki, bu nöqtələr kainatın yalnız bir neçə yüz milyon yaşında olduğu başlanğıc dövrünə aiddir və təxminən bir milyard il sonra yox olurlar.
Yeni tədqiqatlara görə, bu qırmızı nöqtələr ionlaşmış qazdan ibarət “koza”lardır və kainatdakı ən güclü qüvvələri özündə saxlayır. Astronomlar bildirirlər ki, bu nöqtələr gənc qara dəliklərdir. Bunlar indiyə qədər tapılan ən kiçik qara dəliklərdən biridir, lakin hələ də Günəşimizin 10 milyon qat kütləsinə malikdirlər.
Araşdırmaya rəhbərlik edən Darach Watson deyir:
""Kiçik qırmızı nöqtələr, əvvəllər düşünüləndən yüz dəfə az kütləli gənc qara dəliklərdir və ətraflarını əhatə edən qaz kozası ilə böyüyürlər. Bu proses kozanın içərisindən yayılan böyük istilik yaradır və bu radiasiya kiçik qırmızı nöqtələrə unikal qırmızı rənglərini verir.""
Nəticədə, əvvəlki inanclardan fərqli olaraq, onları izah etmək üçün tamamilə yeni hadisə növlərinə ehtiyac yoxdur. Gördüyümüz işıq, qazın qara dəlik ətrafında hərəkət edərkən istiləşib teleskoplarla müşahidə olunan işıq yaymasından yaranır.
Professor Watson əlavə edir:
""Qaz qara dəlikə doğru hərəkət edərkən bir disk və ya huni şəklində spiral kimi düşür. O qədər sürətli və sıxışdırılmış şəkildə hərəkət edir ki, milyonlarla dərəcə istilik yaranır və parlaq işıq yayılır.""
Qara dəlik qazın çox kiçik hissəsini udur, qalanı isə dönmə hərəkəti ilə kutuplardan geri püskürülür. Bu səbəbdən qara dəliklərə “dağınıq yeyicilər” deyirlər.
Bu nəticələr Nature jurnalında yayımlanan “Little red dots as young supermassive black holes in dense ionized cocoons” adlı tədqiqat məqaləsində əks olunub.