Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya "Gənclər Paytaxtı" bu
"Gənclər Paytaxtı" bu
Dünya

"Gənclər Paytaxtı" bu ölkə OLDU

Xpress.az Redaksiyası 16.01.2026 23:11

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən hər il müəyyən edilən "Gənclər Paytaxtı" adı 2026-cı ildə Konyaya verilib.

Bunu İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan İstanbulda İcraiyyə Şurasının 2026-cı ildəki ilk iclasında açıqlayıb.

Ayhan bildirib ki, İranın Təbriz, Özbəkistanın Daşkənd və Türkiyənin Konya şəhərləri namizəd göstərilib. Səsvermə nəticəsində məhz Konyanı 2026-cı ilin "İƏT-in Gənclər Paytaxtı" elan edilib.

Xatırladaq ki, 2024-cü ildə "İƏT-in Gənclər Paytaxtı" adını Şuşa şəhəri qazanmışdı.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək